İmişli rayonunda Hacıalmuradlı yolunun bir hissəsində yenidənqurma işləri başa çatıb

İmişli rayonunda Hacıalmuradlı yolunun bir hissəsində yenidənqurma işləri başa çatıb
# 03 oktyabr 2014 08:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İmişli rayonu ərazisində kənd yollarının təmiri çərçivəsində Hacıalmuradlı yolunun 6 km hissəsinin yenidən qurulması başa çatdırılıb.

Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, yolboyu yarasız materiallar çıxardılaraq, yolun əsası bərkidilib, 22 dairəvi boru, əlavə 6 boru başlığı tikilib, 1 körpü təmir olunub.

Yol nişanlarının quraşdırılması və xətlənmə işi də yekunlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR