“Xəzər Lənkəran” Rusiya komandası ilə qarşılaşacaq

“Xəzər Lənkəran” Rusiya komandası ilə qarşılaşacaq
# 19 iyul 2014 09:29 (UTC +04:00)

Bakı – APA. Sloveniyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” futbol klubunun yoxlama oyunlarındakı daha bir rəqibi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar” Rusiyanın “Arsenal” klubu ilə görüşəcək.

Rusiya yığmasının sabiq futbolçusu Dmitri Aleniçevin baş məşqçisi olduğu komanda “Xəzər Lənkəran”la iyulun 27-də üz-üzə gələcək. Ötən mövsüm Rusiyanın I divizionunda 2-ci olan “Arsenal” bu il Premyer Liqaya yüksəlib.

Qeyd edək ki, Sloveniyada artıq iki oyun keçirən “Xəzər Lənkəran” Ukraynanın “Karpatı” klubunu 2:1, Latviyanın “Yurmala” komandasını 3:1 hesabı ilə məğlub edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR