Azərbaycanda su və kanalizasiya layihələrinə son iki ildə dövlət 2 mlrd. dollar ayırıb - YENİLƏNİB

Azərbaycanda su və kanalizasiya layihələrinə son iki ildə dövlət 2 mlrd. dollar ayırıb - <span style="color: red;">YENİLƏNİB
# 12 aprel 2013 08:32 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu bu gün Bakıda işə başlayan Xəzər Beynəlxalq Su Forumunda Azərbaycan baş nazirinin müavini Abid Şərifov bildirib.

Onun sözlərinə görə, hazırda 38 rayonun 350 kənd və qəsəbəsində su təchizatının yaxşılaşdırılması istiqamətində işlər gedir. Bunların 17-si dövlət büdcəsi hesabına, 21-i isə Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı və digər təşkilatlardan cəlb olunmuş kreditlər hesabına görülür. Bu layihələrin maliyyələşməsinə həm beynəlxalq maliyyə təşkilatları ilə imzalanmış müqavilələr əsasında alınacaq kreditlər və dövlət büdcəsinin vəsaitləri hesabına aparılır. Tələb olunan vəsaitdən 1,8 mlrd. dollar kreditlərin payına düşür.


Ötən il 2, bu il isə 9 şəhərdə layihələrin icrasının başa çatdırılması nəzərdə tutulur. Layihələrin icrasında ən son texnologiyalardan istifadə edilir. Bütün bu layihələrin icrasını 2-3 il ərzində başa çatdırılması nəzərdə tutulur. O cümlədən, 4 mln-a yaxın əhalinin yaşadığı Bakı, Sumqayıt və Xırdalan şəhərlərinin və ümumilikdə Abşeron yarımadasındakı qəsəbə və kəndlərin içməli su təminatının həll olunması üçün büdcə vəsaitləri hesabına bir neçə böyük layihə həyata keçirilir. Bunlardan birinin icrası 2013-cü ilin sonunadək başa çatdırılacaq və dəyəri 1,4 mlrd. dollar olan Taxta Su Anbarıdır. Taxtakörpü-Ceyranbatan kanalının istifadəyə verilməsi ilə 18 kubmetr/saniyə sürəti olan əlavə su ehtiyatı yaradılacaq. Bu da Bakı və Abşeron yarımadasının digər ərazilərinin içməli su təchizatının tamamilə həll olunmasına imkan verəcək.

Digər layihə isə uzunluğu 262 km, dəyəri isə 1 mlrd. dollara qədər olan Oğuz-Qəbələ-Bakı su kəmərinin inşasıdır. Bu layihənin reallaşması nəticəsində Bakı şəhərində fasiləsiz su alanların xüsusi çəkisi 40%-dən artaraq 60%-i ötüb. Bundan başqa, Kür və Araz çayları sahillərində yerləşən yaşayış məntəqələrində əhalinin təmiz içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 221 kəndə təmizləyici qurğular quraşdırılıb və bu işlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR