Bakıda növbəti Azərbaycan-Rusiya biznes forumu keçiriləcək

Bakıda növbəti Azərbaycan-Rusiya biznes forumu keçiriləcək
# 25 aprel 2015 08:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bakıda növbəti Azərbaycan-Rusiya biznes forumu keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, aprelin 28-də Rusiyanın Tomsk vilayətinin biznes nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Azərbaycan-Rusiya biznes forumu təşkil olunacaq.

Tədbir Azərbaycan-Rusiya İşgüzar Əməkdaşlıq Palatasının təşkilatçılığı və Azpromo-nun dəstəyi ilə “Central Park Hotel” mehmanxanasında keçiriləcək.

Biznes forumda səhiyyə, enerji, İKT, mebel istehsalı və digər sahələri təmsil edən Rusiya şirkətləri iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR