Bakıda keçiriləcək Cənubi Qafqaz Forumunun iştirakçılarının siyahısı açıqlanıb

Bakıda keçiriləcək Cənubi Qafqaz Forumunun iştirakçılarının siyahısı açıqlanıb
# 29 aprel 2013 15:11 (UTC +04:00)

Forumun təşkilatçılarından olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən APA-ya verilən məlumata görə, forumda Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstan prezidenti Mixail Saakaşvili ilə yanaşı, Madrid Klubunun, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri və 400-dən artıq yüksək səviyyəli mütəxəssislər, alimlər iştirak edəcək.

İştirakçılar arasında İordaniya Kraliçası Nur, Yunanıstanın keçmiş xarici işlər naziri Dora Bakoyannis, İsrailin keçmiş baş naziri Ehud Barak, İordaniya Senatının prezidenti Tahir əl-Masiri, BMT-nin Baş Katibinin xüsusi müşaviri Nafis Sadik, İsgəndəriyyə kitabxanasının direktoru İsmayıl Serageldin, Latviyanın keçmiş prezidenti Vaira Vike Freiberga, Finlandiyanın sabiq prezidenti Tarya Halonen və digər qonaqlar, o cümlədən çoxsaylı Nobel və Oskar mükafatçıları var. Ümumilikdə foruma dünyanın 60 ölkəsindən hökumət və dövlət başçıları, 70 ölkədən alimlər qatılacaq. Forumun əsas hissəsi mayın 6-8-də Bakıda keçiriləcək, daha sonra tədbir bölgələrdə davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR