Minskdə Belarus-Azərbaycan İKT forumu keçirilir

Minskdə Belarus-Azərbaycan İKT forumu keçirilir
# 24 aprel 2013 09:56 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Minskdə (Belarus) İKT sahəsi üzrə Belarus-Azərbaycan biznes forumu işə başlayıb.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, forumun keçirilməsində məqsəd ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi və gələcək inkişafı, iki ölkənin rabitə və İKT sahəsindəki dövlət orqanlarının qarşılıqlı fəaliyyətinin gücləndirilməsi, onların İT potensialının nümayiş olunması, eləcə də məhsul və xidmətlərin ixracı üçün imkan və şəraitin yaradılması, işgüzar görüş və danışıqların aparılması, təcrübə mübadiləsi və tərəfdaşlıq əlaqələrinin qurulmasıdır.

Forum iştirakçıları İKT, kosmik və nanotexnologiyalar sahəsində əlaqələrin genişləndirilməsini müzakirə edəcək, elmi-texniki işləmələrin bazara çıxarılması, elmi tədqiqatlar sahəsində əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparacaqlar.

Tədbirdə Azərbaycan və Belarusun dövlət qurumları, İKT sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatlar, iki ölkənin İT şirkətlərinin nümayəndələri iştirak edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR