Yığmamız Xorvatiya, Uels və Belçikaya rəqib olub

Yığmamız Xorvatiya, Uels və Belçikaya rəqib olub
# 19 noyabr 2014 10:57 (UTC +04:00)

Bakı – APA. Bu gün 19 yaşadək futbolçu qızlar arasında Avropa çempionatının növbəti mövsümünün püşkatması keçirilib. Apasport.az saytının məlumatına görə, Slovakiyada baş tutacaq final mərhələsinə vəsiqələr uğrunda 46 komanda mübarizə aparacaq.

Bunlardan ikisi – İngiltərə ilə İspaniya yarışa elit-raunddan qoşulacaqsa, digər 44 komanda 11 qrupa bölünüb. İsveçrənin Nion şəhərində baş tutan püşkatmada Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.

2015-ci il sentyabrın 15-dən 20-dək keçiriləcək seçmə mərhələdə yığmamız 3-cü qrupda mübarizə aparacaq. Komandamız Xorvatiya, Uels, Belçika yığmaları ilə oyunlarda qüvvəsini sınayacaq.

Qeyd edək ki, hər qrupdan iki komanda növbəti mərhələyə vəsiqə qazanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR