Ann Brassör: “Soyqırımı ifadəsini işlədə bilməzdim, çünki bu, Avropa Şurasının rəsmi mövqeyi deyil” - VİDEO

Ann Brassör: “Soyqırımı ifadəsini işlədə bilməzdim, çünki bu, Avropa Şurasının rəsmi mövqeyi deyil” - <span style="color: red;">VİDEO
# 24 aprel 2015 12:37 (UTC +04:00)

APA-nın Avropa müxbiri xəbər verir ki, A. Brassör media nümayəndələrinə AŞPA sessiyasının yekunlarına dair məlumat verib.

Qurumun Monitorinq komitəsinin Avropa Şurası ölkələrindəki münaqişələrlə bağlı Alt komitənin yaradılmasına münasibət bildirən A. Brassör belə bir komitəyə böyük ehtiyac olduğunu vurğulayıb. “Hər bir komitənin müstəqil şəkildə qərar qəbul etmək hüququ var. Təəssüf ki, AŞPA sədri kimi belə məsələlərə şərh verə bilməyəcəm. Sadəcə onu deyə bilərəm ki, assambleyamızda belə bir Alt komitənin yaradılmasına böyük bir ehtiyac var. Çünki Avropa Şurası ölkələrində çoxlu sayda münaqişələr mövcuddur”.

A. Brassör AŞPA sessiyasının keçirildiyi müddət ərzində “erməni soyqırımı”nın 100 illiyinin qeyd edilməsi ilə bağlı tədbirlərə toxunsa da, Avropa Şurasında “soyqırımı” kəlməsinin işlədilmədiyini söyləyib. “Əlbəttə ki, mən soyqırımı sözünü işlədə bilməzdim, çünki bu, Avropa Şurasının rəsmi mövqeyi deyil”.

AŞPA-da deputatların məsələ ilə əlaqədar imzaladıqları bəyannaməyə gəldikdə isə A. Brassör sənədin Assambleyanın qərarı olmadığını, yalnız onu imzalayan parlamentarilərin mövqeyini əks etdirdiyini bildirib. “Arzu edirəm ki, anım mərasimi, Türkiyədəki seçkilər və biraz zaman keçdikdən sonra tərəflər bir araya gələcək, sülh və əminamanlıq içində öz gələcəklərini quracaq”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR