İmişlidə baş verən yol qəzasında 4 nəfər xəsarət alıb - FOTO - VİDEO

İmişlidə baş verən yol qəzasında 4 nəfər xəsarət alıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 14 aprel 2015 13:09 (UTC +04:00)

İmişli. Əlibəy Zeynallı-APA. İmişli rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

İmişli rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə bu gün günorta saatlarında Ağsu-Kürdəmir-Bəhramtəpə avtomobil yolunun Rəsullu kəndindən keçən hissəsində qeydə alınıb.

1970-ci il təvəllüdlü Qurban Ziyəddin oğlu Şadlinskinin idarə etdiyi "QAZ 24" markalı, 30 BG 828 dövlət nömrə nişanlı avtomobil 1985-ci il təvəllüdlü Elsəvər Mürsəl oğlu Ağakişiyevin idarə etdiyi "VAZ 2105" markalı, 10 HT 681 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə "VAZ 2105"-in sürücüsü və sərnişin Xəlilov Mübariz Maarif oğlu, "QAZ 24"-də olan 1963-cü il təvəllüdlü Medvedev Yuri Konstantinoviç və Nadir Zakir oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR