Bakıda fəaliyyət göstərən bir neçə mehmanxanaya dərəcə sertifikatları verilib

Bakıda fəaliyyət göstərən bir neçə mehmanxanaya dərəcə sertifikatları verilib
# 04 dekabr 2014 10:02 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bakıda fəaliyyət göstərən bir neçə mehmanxanaya dərəcə sertifikatları verilib.

Nazirlikdən APA-ya verilən məlumata görə, mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə, standartlara uyğunluğunu müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi mehmanxanaların təsnifatını aparır.

Təsnifata əsasən, “Şafran Hotel”, “Caspian Business Hotel”, “Qafqaz Park”, “Admiral”, “Egoist” mehmanxanalarına 4, “Qız Qalası” mehmanxanasına isə 3 ulduz verilib.

Nazirlikdən əlavə ediblər ki, respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 75-ə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR