Qaxda 8 ay əvvəl iki qardaşı qətlə yetirən şəxs tutulub - VİDEO

Qaxda 8 ay əvvəl iki qardaşı qətlə yetirən şəxs tutulub - <span style="color: red;">VİDEO
# 10 dekabr 2014 15:47 (UTC +04:00)

APA-nın xəbərinə görə, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatında qeyd olunur ki, daxili işlər və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində daha bir ağır cinayətin üstü açılıb və həmin cinayəti törətməkdə şübhəli bilinən şəxs yaxalanaraq istintaqa təhvil verilib.

Məlum olduğu kimi, bu il aprelin 14-də Qax rayon sakinləri Besarion və İase Rostiaşvili qardaşlarının yaşadıqları mənzillərdə üzərlərində zorakılıq əlamətləri olan meyitləri aşkar edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Aparılmış tədbirlərlə qətlin Qax rayon sakini Vasif Mustafayev tərəfindən tamah məqsədi ilə törədildiyi müəyyənləşib.

Araşdırmalarla o da müəyyən edilib ki, hadisədən bir neçə gün əvvəl qardaşlar özlərinə məxsus torpaq sahəsini 18 min manata satıblar. Bu alqı-satqı əməliyyatından xəbər tutan V.Mustafayev həmin vəsaiti ələ keçirmək üçün onları qətlə yetirməyi planlaşdırıb və cinayətkar niyyətini aprelin 14-də həyata keçirib.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR