FİDE prezidenti Bakıda keçiriləcək şahmat üzrə Qran-prinin açılış mərasimində iştirak edəcək

FİDE prezidenti Bakıda keçiriləcək şahmat üzrə Qran-prinin açılış mərasimində iştirak edəcək
# 29 sentyabr 2014 10:11 (UTC +04:00)

Bakı - APA. Oktyabrın 1-də Bakıda şahmat üzrə FİDE-nin Qran-Pri seriyasına start veriləcək.

Apasport.az saytının məlumatına görə, turnirin açılış mərasimi saat 19-30-da Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində keçiriləcək.

Mərasimdə FİDE prezidenti Kirsan İlyumjinov, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının rəhbərliyi, dövlət və hökumət nümayəndələri, eləcə də şahmatçılar iştirak edəcək.


Qran-Prinin ilk turu oktyabrın 2-də saat 15-da start götürəcək. Turnirin bütün partiyaları yarışın rəsmi saytı vasitəsilə canlı yayımlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR