AVRO-2016: İspaniya millisi Avropa çempionatında rekorda imza atıb

AVRO-2016: İspaniya millisi Avropa çempionatında rekorda imza atıb
# 13 iyun 2016 21:44 (UTC +04:00)

Bakı-APA. Avropa çempionatının qrup mərhələsinin ilk oyunları çərçivəsində Çexiya ilə qarşılaşan İspaniya millisi üçün bu matç rekordla əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, matçdan minimal hesablı qələbə ilə ayrılan ispanlar qarşılaşmanı qol buraxmadan başa vuraraq qitə birincilikləri tarixinin ən yaxşı nəticəsinə imza atıblar.

Belə ki, sonuncu dəfə AÇ-2012-nin qrup mərhələsinin İspaniya – İtaliya matçının 61-ci dəqiqəsində Di Natalenin qoluna üzülən Visente del Boskenin yetirmələri o vaxtdan bura düz 600 dəqiqədir ki, qapısında qol görmür.

Bu isə ardıcıl 6 oyunda qapının toxunulmazlığının təmin olunması deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR