Macarıstanın "Eximbank"ı “Şimal-Cənub” nəqliyyat dəhlizini maliyyələşdirə bilər

Macarıstanın "Eximbank"ı “Şimal-Cənub” nəqliyyat dəhlizini maliyyələşdirə bilər
# 28 iyun 2016 10:50 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Macarıstanın "Eximbank"ı “Şimal-Cənub” nəqliyyat dəhlizini maliyyələşdirməyə hazırdır.

APA-Economics”in məlumatına görə, bu barədə Bakıda keçirilən Azərbaycan və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə komissiyasının 6-cı iclası çərçivəsində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında müzakirə aparılıb.

Məlumata görə, Macarıstan tərəfi “Şimal-Cənub” layihəsinin tikintisi üçün avadanlıq təchizatı və mühəndis xidmətlərinin, eləcə də Macarıstanın “Eximbank"ı tərəfindən maliyyə dəstəyinin göstərilməsi imkanlarının araşdırılması barədə razılıq əldə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR