Türkiyədən Azərbaycana soyuq silah keçirmək istəyən şəxs saxlanılıb

Türkiyədən Azərbaycana soyuq silah keçirmək istəyən şəxs saxlanılıb
# 05 oktyabr 2015 08:20 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Antalya-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Vüqar Əliyev gömrük nəzarətindən keçərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən onun baqajı rentgen aparatı vasitəsilə yoxlanılıb və monitorda “beşbarmağ”a bənzər əşyanın təsviri görünüb.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, həmin baqaja təkrar baxış zamanı V. Əliyevə məxsus çantanın içərisindəki şəxsi əşyaların arasından 1 ədəd metaldan hazırlanmış “beşbarmaq” aşkar olunaraq götürülüb.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, ekspertizaya təqdim edilən həmin əşya “beşbarmaq” tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır və təyinatı üzrə istifadəyə yararlıdır.

Faktla bağlı təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR