Bakıda müəllimlərin yerdəyişməsi ilə bağlı müsabiqə başlayır

Bakıda müəllimlərin yerdəyişməsi ilə bağlı müsabiqə başlayır
# 22 aprel 2015 15:31 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyindəki ümumtəhsil məktəblərində daimi əsaslarla işləyən müəllimlərin yerdəyişməsi ilə bağlı 2 mərhələli (1-ci mərhələ ixtisas üzrə test tapşırıqlarının cavablandırılması, 2-ci mərhələ müsahibə) müsabiqə elan edib.

Təhsil İdarəsindən APA-ya verilən xəbərə görə, müsabiqədə iştirak etmək istəyən müəllimlər aprelin 23-dən mayın 1-dək məlumata əlavə olunmuş müvafiq ərizə formasını dolduraraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim etməlidirlər. Yerdəyişmə üçün ərizə verən müəllim təqdim olunmuş vakant yerlərdən maksimum 3 (üç) yer seçə bilər.

Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır. Bunlara işlədiyi məktəbdə daimi əsaslarla müəllim vəzifəsinə işə qəbul olunması haqqında əmrdən çıxarış (məktəbin möhürü ilə təsdiq edilməlidir), əmək kitabçasının surəti (məktəbin möhürü ilə təsdiq edilməlidir), şəxsiyyət vəsiqəsinin surəti, diplomun surəti daxildir.

Ərizə forması vakant yerlər barədə məlumatı Təhsil İdarəsinin saytından əldə etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR