Qırğızıstanda parlament seçkilərinin nəticələri açıqlanıb

Qırğızıstanda parlament seçkilərinin nəticələri açıqlanıb
# 05 oktyabr 2015 08:29 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Qırğızıstanda 4 oktyabrda keçirilən parlament seçkilərində iştirak edən partiyalardan heç biri qanunverici orqanda çoxluq əldə edə bilməyib.

APA-nın “lenta.ru”ya istinadən verdiyi xəbərə görə, artıq respublikanın Mərkəzi Seçki Komissiyası seçki bülletenlərinin 99 faizini sayıb.

MSK-dan bildiriblər ki, səsvermə zamanı ciddi pozuntu qeydə alınmayıb.

Seçici fəallığı 50% təşkil edib. Parlamentin tərkibinə 6 siyasi birliyin nümayəndələri daxil olacaq: “Sosial-demokratlar” (27 %), “Respublika- Ata Yurd” (20,3%), “Qırğızıstan partiyası”(12,7%), “Onuquu” (9,3 %), “Bir-Bol” partiyası (8,4%), “Ata Meken”(7,7 %).

Qırğızıstanda 120 yerlik parlamentdə yer qazanmaq uğrunda 14 siyasi partiya mübarizə aparıb. Onlar parlamentdə yer qazanmaq 7 faizlik baryeri aşmalı idilər.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının nəticələri iki həftə ərzində elan olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR