Oğuzda motosikletdən yıxılan 34 yaşlı kişi ölüb

Oğuzda motosikletdən yıxılan 34 yaşlı kişi ölüb
# 03 iyun 2016 07:47 (UTC +04:00)

Oğuz. Vüqar Heydərov - APA. Oğuzda motosikletdən yıxılan 34 yaşlı kişi ölüb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, iyunun 2-də Qaraməryəm-İsmayılı-Şəki magistral avtomobil yolunun Oğuz rayonu Padar kəndi ərazisindən keçən hissəsində Oğuz rayonu Xaçmaz kənd sakini, 1982-ci il təvəllüdlü Azad Tərlan oğlu Ağakişiyev idarə etdiyi “İJ” markalı, dövlət qeydiyyat nişanı olmayan motosikletdən yıxılıb. A. Ağakişiyev aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Oğuz Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb. RMX-dan APA-ya bildirilib ki, A. Ağakişiyev gecə saatlarında xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR