Son bir ildə korrupsiyaya ilə bağlı 191 cinayət işinin istintaqı tamamlanaraq n məhkəmələrə göndərilib

Son bir ildə korrupsiyaya ilə bağlı 191 cinayət işinin istintaqı tamamlanaraq n məhkəmələrə göndərilib
# 01 oktyabr 2014 07:23 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə baş prokuror Zakir Qaralovun “Azərbaycan” qəzetindəki yazısında qeyd olunub.

Baş prokuror qeyd edib ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətinin səmərəliliyinin artırılması üzrə görülmüş tədbirlər nəticəsində bu orqanın göstəricilərinin ildən-ilə daha da yüksəlməsi prosesi ötən dövrdə də davam edib. Belə ki, ötən bir il ərzində Baş İdarənin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə 5800-dən yuxarı müraciət daxil olub ki, onların baxılması nəticəsində müəyyən qismi əsaslı olduğundan müsbət həll edilərək vətəndaşların pozulmuş hüquqları bərpa edilib, bir sıra vəzifəli şəxslər intizam məsuliyyətinə cəlb edilib, 18 müraciət üzrə isə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb. Korrupsiya hüquqpozmaları ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciətlər üzrə aparılan təhlil və ümumiləşdirmələr nəticəsində korrupsiya hallarının baş verdiyi sahələr müəyyən edilməklə onlar üzrə preventiv tədbirlərin həyata keçirilməsi barədə təkliflər hazırlanıb göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR