Bank Of Baku

Bakıda “Oba” marketə basqın edən şəxs seyfdəki pulları oğurlayıb

Bakıda “Oba” marketə basqın edən şəxs seyfdəki pulları oğurlayıb
# 01 may 2019 10:39 (UTC +04:00)

Paytaxtın Nəsimi rayonunda yerləşən marketə basqın olub.

Hüquq-mühafizə orqanlarından ONA-ya verilən məlumata görə, hadisə aprelin 30-da paytaxtın Azadlıq prospekti 108 ünvanında yerləşən “Oba”marketdə qeydə alınıb. Marketə daxil olan şəxs orada satıcı işləyən, 1992-ci təvəllüdlü Quliyeva Fatimə Bəhram qızını ülgüclə hədələyərək dəmir seyfi açmağa məcbur edib. O, seyfdə olan 2400 manat pulu götürərək hadisə yerini tərk edib.

Araşdırmalar nəticəsində quldurluq əməlini törədən şəxsin elə həmin marketdə işləyən, 1993-cü il təvəllüdlü Zaynali Nicat Abuzər oğlu olması müəyyən edilib. Onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR