Bank Of Baku

Gəncədə 49 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb

Gəncədə 49 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb
# 24 oktyabr 2026 15:51 (UTC +04:00)

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, şəhər sakini 1977-ci il təvəllüdlü R.Cəfərov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə 49 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb. Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR