Bank Of Baku

“Yaşıl enerji dəhlizi”nin texniki-iqtisadi əsaslandırması tamamlanıb

“Yaşıl enerji dəhlizi”nin texniki-iqtisadi əsaslandırması tamamlanıb
# 24 oktyabr 2026 14:48 (UTC +04:00)

Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirəcək “Yaşıl enerji dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırması tamamlanıb və dörd ölkənin hökuməti tərəfindən təsdiqlənib.

“APA-Economics” xəbər verir ki, bu barədə “Green Energy Corridor Power Company”nin (GECO) investisiya təqdimatında bildirilir.

Sənədə əsasən, layihə inkişaf mərhələsinə keçir. Növbəti addımlar kimi bu mərhələ üzrə işlər və yekun investisiya qərarına aparan yol xəritəsi göstərilir. GECO potensial investorları və tərəfdaşları layihədə iştiraka maraqlarını bildirməyə dəvət edir.

Layihə hər biri 1,3 QVt gücündə üç yüksək gərginlikli sabit cərəyan xəttinin mərhələli yaradılmasını nəzərdə tutur. Birinci xəttin 2032-ci ildə, ikinci xəttin 2036-cı ildə, üçüncü xəttin isə 2040-cı ildə istismara verilməsi planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR