“ASAN Xidmət” mərkəzlərinə 3 milyon 500 mindən çox müraciət daxil olub

“ASAN Xidmət” mərkəzlərinə 3 milyon 500 mindən çox müraciət daxil olub
# 16 dekabr 2014 13:41 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Sabirabad şəhərinin Heydər Əliyev Mərkəzində ASAN Könüllülərin I Ümumrespublika Forumu keçirilir. “ASAN Xidmət"dən APA-ya verilən xəbərə görə, forumda çıxış edən Prezidentin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov unikal konsepsiya olan “ASAN xidmət”in dünyanın bir çox ölkələrdə xüsusi rəğbətlə qarşılandığını deyib. F. Ələsgərov Azərbaycan brendi olan “ASAN xidmət” mərkəzlərinə 3.500.000-dən çox müraciətin daxil olduğunu və bu müraciətlərin təmin olunmasında könüllülərin xüsusi rolunu qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov “ASAN xidmət” mərkəzlərinin fəaliyyət fəlsəfəsinin əsas qayəsinin vətəndaş məmnunluğunun təmin edilməsi olduğunu söyləyib. İ. Kərimov bu məqsədə nail olunmasında könüllülərin fəaliyyətinin əvəzsiz olduğunu, onların mərkəzlərdə fəaliyyəti zamanı dövlət qulluğu, komanda ilə iş və s. sahələrdə müsbət təcrübə əldə etdiklərini vurğulayıb.

Forumda çıxış edən Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov Sabirabad “ASAN xidmət” mərkəzinin fəaliyyətində məhz bu regiondan olan könüllülərin yüksək fəallıqla çalışacaqlarına əmin olduğunu deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR