Zaqatalada iki yaşayış evində yanğın olub - VİDEO

Zaqatalada iki yaşayış evində yanğın olub - <span style="color: red;">VİDEO
# 27 fevral 2015 10:08 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatalada bir gündə iki fərdi yaşayış evində yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, birinci yanğın hadisəsi rayonun Danaçı kəndində Osman Qudiyevə məxsus, ümumi sahəsi 96 kv. m olan kürsülü birmərtəbəli 3 otaq və aynabənddən ibarət fərdi yaşayış evində baş verib.

Hadisə yerinə FHN-nin Zaqatala rayon DYMH-nin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin çardaq hissəsinin 25 kv. m-lik sahəsinin yanar konstruksiyaları və evin 16 kv. m-lik mətbəxi içərisindəki əşyalarla birlikdə yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində evin qalan hissəsi yanğından mühafizə edilib.

Digər yanğın hadisəsi rayonun Donbabinə kəndində Fikrət Ramazanova məxsus, ümumi sahəsi 130 kv. m olan kürsülü birmərtəbəli 4 otaqdan ibarət fərdi yaşayış evində baş verib. Hadisə yerinə FHN-in Zaqatala rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin çardaq hissəsinin 3 kv. m-lik sahəsi və bir otağın tavan hissəsinin 3 kv. m-lik sahəsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın hadisəsində xəsarət alan olmayıb. Faktla bağlı FHN-in Zaqatala rayon DYMH-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR