Gürcüstanda oyun al-verinə görə klub prezidenti və futbolçular daxil olmaqla 8 nəfər həbs olunub

Gürcüstanda oyun al-verinə görə  klub prezidenti və futbolçular daxil olmaqla 8 nəfər həbs olunub
# 07 may 2015 23:43 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, gürcü polisi aralarında “STU Tiflis” klubunun prezidenti, futbolçular, totalizator şirkətinin rəhbəri də daxil olmaqla 8 nəfəri oyun alqı-satqısında şübhəli bilərək həbs edib.

Ölkənin Daxili İşlər nazirliyindən verilən açıqlamada həbs olunanların Gürcüstan çempionatının bəzi komandaları ilə oyun al-veri üçün razılaşmış olduqları bildirilib.

Gürcüstan Futbol Federasiya isə istintaq müddətində nazirliklə birlikdə hərəkət edəcəklərini qeyd edib.

İstintaq davam etdikcə həbs olunanların sayının artacağı istisna olunmur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR