Gənc Tamaşaçılar Teatrında marketinq üzrə mütəxəssislərin işə qəbulu elan olunub

Gənc Tamaşaçılar Teatrında marketinq üzrə mütəxəssislərin işə qəbulu elan olunub
# 23 sentyabr 2015 08:32 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında marketinq üzrə teatr menecerlərinin müsabiqəsinə start verilib.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, marketinq üzrə mütəxəssislərin işə qəbulu elan olunub. Qəbul kastinq yolu ilə həyata keçiriləcək. İşə götürülənlərə 2 aylıq marketinq üzrə hazırlıq kursları keçiriləcək.

Kurslarda tanınmış və peşəkar teatr xadimləri teatrın tarixi və struktur quruluşu, marketoloqlar isə teatrda menecer və onun fəaliyyət növləri barədə ətraflı bilgilər verəcəklər.

Kursları uğurla başa vuran mütəxəssislər yüksək maaşla təmin olunacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR