Bu gün “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turuna start verilib

Bu gün “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turuna start verilib
# 01 may 2013 10:03 (UTC +04:00)

Bakı – APA. Bu gün “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turuna start verilib. Apasport.az saytının məlumatına görə, 5 mərhələdən ibarət olacaq yarışın ilk mərhələsi Bakıda start götürüb.


25 komandanın iştirakı ilə keçirilən yarış Heydər Əliyev Mərkəzinin qarşından başlayıb. İştirakçılar Heydər Əliyev prospekti ilə metronun “Koroğlu” stansiyası arasında 11 dəfə dövrə vurduqdan sonra yenidən ilk nöqtəyə qayıdacaq. Marşrutun ümumi uzunluğu 157 km təşkil edəcək.

Qeyd edək ki, sabah velosipedçilər yeni yaradılmış velosiped parkından start götürərək, Böyük Qafqaz sıra dağları istiqamətində yola düşəcəklər. 183 km qət etdikdən sonra İsmayıllıda finiş xəttini keçəcəklər. Mayın 3-də yarış iştirakçıları Qəbələdən start götürərək, Oğuzdan keçməklə Şəkiyə yollanacaq, oradan isə yenidən başlanğıc nöqtəyə (165 kq) qayıdacaqlar.

4-cü mərhələdə Qəbələdən start götürərək, İsmayıllını keçməklə Şamaxıya yürüş olacaq. İdmançılar 116 km məsafə qət edib, dəniz səviyyəsindən təxminən 1450 m hündürlükdə yerləşən Pirqulu rəsədxanasının yaxınlığında, Vergilər Nazirliyinin Tədris Mərkəzinin qarşısında finiş xəttini keçəcəklər. 146 km uzunluğu olan son mərhələ (5 may) Azadlıq meydanından başlayaraq, Bakının mərkəzi küçələri və prospektlərindən keçərək, Hökumət Evinin qarşısında başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR