Qusarda sahibkarlarla görüş keçirilib - FOTO

Qusarda sahibkarlarla görüş keçirilib - <span style="color: red;">FOTO
# 16 aprel 2013 12:55 (UTC +04:00)

Qusar. Vəli Turan - APA. Bu gün Qusar rayonunda İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə sahibkarla görüş keçirilib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, tədbirdə Qusar və ətraf rayonlardan olan 100-dən çox sahibkar iştirak edib.

Sahibkarlara nazirliyin göstərdiyi elektron xidmətlər və onlardan istifadə qaydaları barədə məlumat verilib. Bildirilib ki, nazirlik vətəndaşlara elektron informasiya resursları vasitəsilə onlayn rejimində qəbula yazılma, müraciətlərin qəbulu və cavablandırılması, nazirliyin məsul işçiləri ilə canlı video əlaqənin qurulması proseslərini təqdim edir.

Sonda İqtisadi İnkişaf Nazirliyinin mütəxəssisləri əyani şəkildə lisenziyaların, mənşə və keyfiyyət sertifikatlarının alınması, qrant müqavilələrinin qeydiyyatı və digər xidmətlərdən onlayn rejimində istifadə prosedurunu nümayiş etdirib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR