Elmar Məmmədyarov Avstriyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Elmar Məmmədyarov Avstriyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
# 09 dekabr 2014 14:51 (UTC +04:00)

Bakı – APA. Xarici işlər naziri Nazir Elmar Məmmədyarov Avstriyanın Azərbaycana yeni təyin olunmuş səfiri Aksel Vexi qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, A. Vex etimadnaməsinin surətini E. Məmmədyarova təqdim edib.


Səfir ölkəsinin bütün sahələrdə Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu söyləyərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Nazir səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR