Avtomobil qəzası yol təsərrüfatına 13 min manat ziyan vurub

Avtomobil qəzası yol təsərrüfatına 13 min manat ziyan vurub
# 18 noyabr 2015 10:37 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Bu gün səhər saatlarında “Bakı dairəvi-1” avtomobil yolunun 12-ci kilometrliyində baş vermiş avtomobil qəzası zamanı yol təsərrüfatına ciddi ziyan dəyib.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, “Bakı dairəvi-1” avtomobil yolunun Lökbatan dairəsi istiqamətindən hərəkətdə olan “Şaqman” markalı 90 VU 596 dövlət nömrə nişanlı sement daşıyan yük maşını yol ayrıcında olan əyri-xətli dəmir tirləri və işıq dirəyini dağıdaraq dayanıb. Baş vermiş qəza zamanı təqribən 100 paqon-metr əyri-xətli dəmir tirlər və 1 işıq dirəyi sıradan çıxıb.

Baş vermiş qəza zamanı yol təsərrüfatına ilkin hesablamalara görə, 13 min manata yaxın ziyan dəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR