Bakıda avtobusla vurulan məktəbli oğlan ölüb

Bakıda avtobusla vurulan məktəbli oğlan ölüb
# 30 aprel 2015 07:58 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Azadlıq prospektində qeydə alınıb. Seymur Tariyel oğlu Atayevin idarə etdiyi 88 nömrəli xətt üzrə hərəkət edən sərnişin avtobusu 2002-ci il təvəllüdlü Murad Həsən oğlu Məmmədovu vurub.

M. Məmmədov ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Polisdən M. Məmmədovun 7-ci sinif şagirdi olduğu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR