İran "İslam Dövləti"nə qarşı beynəlxalq mübarizəyə qoşulmasının şərtini açıqlayıb

İran "İslam Dövləti"nə qarşı beynəlxalq mübarizəyə qoşulmasının şərtini açıqlayıb
# 21 avqust 2014 15:00 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA. Rəsmi Tehran Qərbin İrana qarşı tətbiq etdiyi sanksiyaları qaldıracağı təqdirdə, İraqda “İslam Dövləti”nə qarşı beynəlxalq hərəkata qoşulmağa hazır olduğunu bəyan edib.

APA-nın İRNA-ya istinadən verdiyi xəbərə görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif fransalı həmkarının çağırışına cavab olaraq bildirib.

“Biz İraqda nələrsə etməyə razılaşsaq, bunun qarşılığında müzakirələrdə dəyişikliklər olmalı, İranın nüvə proqramı ilə əlaqədar bütün sanksiyalar aradan qaldırılmalıdır”, - deyə İran rəsmisi vurğulayıb.

Xatırladaq ki, Fransanın xarici işlər naziri Loran Fabius region ölkələrini, o cümlədən İranı “İslam Dövləti” (İŞİD) qüvvələrinə qarşı birgə mübarizəyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR