Bakıda taksi sürücüsünü boğaraq avtomobilini qaçıran şəxs tutulub

Bakıda taksi sürücüsünü boğaraq avtomobilini qaçıran şəxs tutulub
# 04 may 2015 08:19 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda taksi sürücüsünə qarşı quldurluq edən şəxs saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, mayın 1-də saat 11 radələrində Ziya Bünyadov prospektində naməlum şəxs taksi fəaliyyəti ilə məşğul olan Bakı şəhər sakini Şövkət Cəfərovun idarə etdiyi ”KİA” markalı avtomobilə əyləşərək Albalılıq massivinə gedib. Həmin şəxs orada Ş.Cəfərovun boğazına məftil ataraq boğmağa başlayıb, daha sonra bıçaqla hədələyərək avtomobildən düşürüb və avtomobili qaçırıb. Saat 12:10 radələrində həmin şəxs avtomobili Heydər Əliyev prospektində maneəyə vuraraq hadisə yerindən uzaqlaşıb.

Bakı şəhər Baş Polis İdarəsinin, Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 2-ci Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Rüfət Əhliman oğlu Rəhimov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR