Zaqatalada külli miqdarda narkotik bitki aşkarlanıb - FOTO - VİDEO

Zaqatalada külli miqdarda narkotik bitki aşkarlanıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 01 may 2015 19:42 (UTC +04:00)

Zaqatala rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Zaqatala RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin qanunsuz əkib-becərtdirilməsi ilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbiri keçirib. Zaqatala RPŞ-ə daxil olmuş məlumat əsasında keçirilmiş tədbir nəticəsində rayonun Aşağı Tala kənd sakini, 1956-cı il təvəllüdlü Tanzilə Tacəddin qızı Lahıcovanın yaşadığı evin həyətyanı sahəsində düzəldilmiş, uzunluğu 24 m olan 3 ədəd istixanada xüsusi kultivasiya üsulu ilə əkilib aqrotexniki qaydada qulluq edilən narkotik tərkibli bitki hesab olunan çətənə bitkisi aşkar edilib.

Zaqatala RPŞ-nin əməkdaşlarının və hal şahidlərinin iştirakı ilə istixanalardan hündürlüyü 50 sm-dən 1m-ə qədər olmaqla ümumilikdə 330 ədəd çətənə bitkisi kolu yığılaraq maddi sübut kimi istintaqa təhvil verilib. Aparılan ilkin araşdırma zamanı məlum olub ki, narkotik tərkibli bitki hesab olunan çətənə kollarını istixanalara ev sahibəsi Tanzilə Lahıcovanın Balakən rayonu Hənifə kəndində yaşayan qardaşı Nəcməddin Lahıcovun oğlu Niyaməddin Lahıcov tərəfindən əkilərək qulluq edilib.

Faktla bağlı Zaqatala RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR