İranda səfərdə olan azərbaycanlı jurnalistlər IRIB-in baş direktoru ilə görüşüblər - FOTO

İranda səfərdə olan azərbaycanlı jurnalistlər IRIB-in baş direktoru ilə görüşüblər - <span style="color: red;">FOTO
# 13 aprel 2015 07:23 (UTC +04:00)

Mazandaran. Elvin Bayramlı-APA. İranda səfərdə olan bir qrup azərbaycanlı jurnalist Mazandaran vilayətinin Radio-Televiziya Təşkilatında (IRIB) olub.

APA-nın səfərdə iştirak edən əməkdaşının verdiyi məlumata görə, IRIB-in baş direktoru Ali Sadiq Müqəddəsi jurnalistlərlə görüşüb. İranla Azərbaycan arasında əlaqələrin möhkəmlənməsində jurnalistlərin rolunu vurğulayan baş direktor Mazandarana səfər edən media nümayəndələrinin vilayət haqqında dolğun məlumatlar çatdıracağına ümidvar olduğunu bildirib.

İranın Mədəniyyət və İslami İrşad Nazirliyinin Mazandaran vilayəti üzrə nümayəndəsi Əhəd Cavidani isə Azərbaycanla İran arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı zəmin olduğunu bildirib.

Azərbaycanlı jurnalistlər səfər barədə öz təəssüratlarını bölüşüblər. Media nümayəndələri İran KİV-də Azərbaycan həqiqətlərinin, xüsusi ilə Dağlıq Qarabağ problem ilə bağlı olan məlumatların İran ictimaiyyətinə düzgün çatdırılmasının zəruriliyini vurğulayıblar. Qeyd olunub ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib.

Görüşdə Mazandaran barədə video-çarx nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR