Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 27 Sentyabr - VİDEO

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 27 Sentyabr - <span style="color: red;">VİDEO
# 27 sentyabr 2014 17:04 (UTC +04:00)

Bakı-APA. Birləşmiş Ştatların Suriyaya hərbi kontingent göndərməsi məsələsi gündəmə gələ bilər. İŞİD-ə qarşı hava hücumlarının getdikcə əhəmiyyətini itirməsi bunu göstərir. Pentaqon terrorçuların əvvəldən məlum olan, yaxud kəşfiyyat məlumatları ilə dəqiqləşmiş mövqelərinə zərbələr endirir, lakin bir müddət sonra bu zərbələr effektivliyini itirəcək. Bu zaman ABŞ üçün proseslər iki ssenari üzrə gerçəkləşə bilər - ya havadan zərbələr dayandırılmalı, ya da əməliyyat quru qoşunlarının dəstəyi ilə davam etdirilməlidir. Hava hücumlarının dayandırılması İŞİD-in psixoloji üstünlük qazanması, mövcudluğunu daha kəskin formada davam etdirməsi deməkdir. Suriyaya qoşun yeridilməsi isə yeni beynəlxalq böhranın yaranmasına, bölgədəki oyunçuların maraqlarının toqquşmasına səbəb ola bilər. ABŞ daxilində siyasi maraqlar toqquşmasını da nəzərə alsaq, o zaman Suriyaya hərbi kontingent yeridilməsi ehtimalı da artmış olur. Gözləyək...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR