İsrail və Fələstin Qəzzanın bərpasına dair razılığa gəlib

İsrail və Fələstin Qəzzanın bərpasına dair razılığa gəlib
# 16 sentyabr 2014 18:18 (UTC +04:00)

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin Yaxın Şərq üzrə xüsusi əlaqələndiricisi Robert Cerri bildirib.

Qeyd olunub ki, razılaşma işlərin aparılmasının təhlükəsizliyinə zəmanət verir, həmçinin görüləcək işlərə nəzarəti Fələstin həyata keçirəcək.

Qeyd edək ki “HƏMAS” hərəkatının lideri Əbu Marzuk bundan əvvəl bildirib ki, onun rəhbəri olduğu qruplaşma İsraillə birbaşa danışıqlar aparmağa məcbur olacaq.

Fələstin lideri Mahmud Abbas isə, öz növbəsində, HƏMAS ilə əməkdaşlığın kəsilməsinin mümkünlüyünə dair xəbərdarlıq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR