Yaponiyada kilsə yanıb, azı 4 nəfər ölüb

Yaponiyada kilsə yanıb, azı 4 nəfər ölüb
# 26 oktyabr 2014 03:25 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yanğın monoteist Tenrikyo dininə məxsus kilsədə baş verib.

Hadisənin təfərrüatları, ölən və yaralananların dəqiq sayı müəyyənləşdirilir.

Tenrikyo dini XIX əsrdə Yaponiyada meydana gəlib. Dünyada bu dinin 2 milyona yaxın məsləkdaşı var, onların əksəriyyəti Yaponiyada yaşayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR