Beyləqanda 20 yaşlı oğlan özünü öldürüb

Beyləqanda 20 yaşlı oğlan özünü öldürüb
# 26 sentyabr 2014 08:04 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Beyləqan rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb. Kənd sakini, 1994-cü il təvəllüdlü İsmayılov Sədi Xəlil oğlu yaşadığı evin həyətindəki ağacdan özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR