Ukrayna üzrə təmas qrupu atəşkəs rejimi üzrə fəaliyyət planını imzalayıb

Ukrayna üzrə təmas qrupu atəşkəs rejimi üzrə fəaliyyət planını imzalayıb
# 20 sentyabr 2014 01:27 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, tərəflər 1 sutka ərzində təmas xəttindən iriçaplı silahların çəkilməsinə dair razılığa gəliblər.

Görüşün yekununu şərh edən Ukraynanın sabiq prezidenti Leonid Kuçma əsirlərin dəyişdirilməsi prosesinin davam edəcəyini bildirib.

Qondarma Donetsk xalq respublikasının baş naziri Aleksandr Zaxarçenko qeyd edib ki, imzalanmış bəyannamə toqquşmalara son qoyacaq. Onun sözlərinə görə, təmas qrupu qondarma Donetsk və Luqansk respublikalarının statusunu müzakirə etməyib.

Xatırladaq ki, sentyabrın 5-də Belarusun paytaxtında keçirilən görüşdə Ukrayna hakimiyyəti ilə separatçılar arasında atəşkəs protokolu imzalanmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR