Bilik Fondunda "APA Holding"in nümayəndələri ilə görüş keçirilib - FOTO

Bilik Fondunda "APA Holding"in nümayəndələri ilə görüş keçirilib - <span style="color: red;">FOTO
# 01 oktyabr 2014 13:39 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunda "APA Holding"in nümayəndələri ilə görüş keçirilib. APA-nın məlumatına görə, görüşdə Lent.az İnformasiya Agentliyinin baş direktoru Qabil Abbasoğlu, Kulis.az internet dərgisinin baş redaktoru Tural Cəfərov (Qanturalı), redaktorları Şərif Ağayar, Ağa Cəfərli və APA İnformasiya Agentliyinin əməkdaşı Cavid Zeynallı iştirak ediblər.

Tədbirdə Fondun icraçı direktoru Oktay Səmədov qonaqlara həyata keçirilən layihələr, perspektiv planlar barədə ətraflı məlumat verib. O. Səmədov bildirib ki, Bilik Fondunun yaradılmasından qısa vaxt keçməsinə baxmayaraq, həyata keçirilən layihələr cəmiyyətin maarifləndirilməsində öz təsirini göstərib: “Jurnalistikanın maarifləndirmə funksiyası birbaşa Bilik Fondunun missiyası ilə üst-üstə düşdüyündən, qarışlıqlı əməkdaşlıqla bağlı tanınmış jurnalistlərdən təkliflər gözləyirik. Bilik Fondunun jurnalistlərlə birgə fəaliyyət göstərməsi işimizin hazırkı mərhələsi üçün vacibdir”.

Fondun icraçı direktoru qeyd edib ki, mətbuatda Azərbaycan dilinin imkanlarından düzgün istifadə olunmur, nəticədə yayımlanan materiallarda bəzən qüsurlar müşahidə olunur. O. Səmədov belə problemlərin aradan qaldırılmasında peşəkar jurnalistlərin dəstəyinə ehtiyac olduğunu bildirib, bu sahədə səmərəli təkliflərin həyata keçirilməsində Bilik Fondunun dəstək göstərəcəyini bildirib.

Görüşdə qonaqlar müxtəlif təkliflər səsləndiriblər. Q. Abbasoğlu rəhbərlik etdiyi informasiya agentliyinin Bilik Fondu ilə birgə gənc jurnalistlər üçün kurslar təşkil edə biləcəyini vurğulayıb. Agentlik rəhbəri əlavə edib ki, “Jurnalist kitabxanası” yaratmaq da mətbuatın inkişafına təkan verə bilər.

Ş. Ağayar jurnalist olmaq istəyənlərin qabiliyyət imtahanlarında çətinliyə düşdüyünü diqqətə çatdıraraq bildirib ki, redaktoru olduğu Kulis.az dərgisi Bilik Fondu ilə birgə abituriyentlərin esse müsabiqəsini keçirə bilər.

Kitabların bahalığından söz açan Kulis.az internet dərgisinin baş redaktoru Qanturalı insanların mütaliədən sürətlə uzaqlaşmasında bu amilin xüsusi rol oynadığından danışıb. Dərgi redaktoru bildirib ki, kütləvi kitabxanaların və oxu zallarının çoxaldılmasında Fondla əməkdaşlığa hazırdırlar.

Qonaqlar növbəti görüşün redaksiyalarda keçirilməsini təklif ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR