Azərbaycan Silahlı Qüvvələrinin iki zabiti Böyük Britaniyanın Dartmut Kral Hərbi Dənizçilik Akademiyasından məzun olub

Azərbaycan Silahlı Qüvvələrinin iki zabiti Böyük Britaniyanın Dartmut Kral Hərbi Dənizçilik Akademiyasından məzun olub
# 09 oktyabr 2014 11:35 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Silahlı Qüvvələrinin iki zabiti Böyük Britaniyanın nüfuzlu Dartmut Kral Hərbi Dənizçilik Akademiyasından məzun olub. Azərbaycanın Böyük Britaniyadakı səfirliyndən APA-ya verilən xəbərə görə, oktyabrın 9-da keçirilmiş mərasimdə Böyük Britaniya Silahlı Qüvvələrinin yüksək rütbəli rəsmiləri və Müdafiə Nazirliyinin nümayəndələri iştirak edib.

Azərbaycanlı zabitlər Dartmut Kral Hərbi Dənizçilik Kollecində təhsil aldıqları 1,5 illik müddətdə hərbi dənizçilik peşəsinin nəzəri və praktiki aspektlərini dərindən öyrənərək və praktiki bilik və bacarıqlarını təkmilləşdirərək, hərbi dənizçilik kollecini uğurla bitiriblər.

Zabitlər hərbi dənizçilik kollecində Azərbaycan və Böyük Britaniya arasında ikitərəfli hərbi əməkdaşlıq proqramı çərçivəsində təhsil alıblar. Əsası 1863-cü ildə qoyulmuş Dartmut Kral Hərbi Dənizçilik Kolleci bu sahədə dünyanın ən prestijli təhsil ocaqlarından biridir. Kollecin məzunları arasında Böyük Britaniya kral ailəsinin üzvləri də var.

Mərasimdə Azərbaycan Respublikasının Böyük Britaniyadakı hərbi attaşesi də iştirak edib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR