Səhiyyə Nazirliyi: Bakıda binada baş verən yanğınla bağlı əraziyə 30 təcili yardım briqadası cəlb olunub

Səhiyyə Nazirliyi: Bakıda binada baş verən yanğınla bağlı əraziyə 30 təcili yardım briqadası cəlb olunub
# 19 may 2015 09:28 (UTC +04:00)

Bakı. Könül Kamılqızı- APA. Bakının Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı əraziyə 30 təcili yardım briqadası cəlb olunub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, indiyə qədər yanğından zərər çəkmiş 15 nəfər ərazidən götürülərək müxtəlif xəstəxanalara yerləşdirilib.

Hadisə nəticəsində xəsarət alanlarla bağlı tədbirlərin görülməsi üçün Kliniki Tibbi Mərkəzə, Travmatologiya İnstitutuna və Respublika Yanıq Mərkəzində xüsusi tapşırıqlar verilib.

Bildirilib ki, bir nəfərin qorxudan özünü binadan atdığı ehtimal olunur. Hazırda bununla bağlı məlumat dəqiqləşdirilir.

Qeyd edək ki, hadisə Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında qeydə alınıb. Yaşayış binasında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR