BMT baş katibi Fələstin lideri Mahmud Abbasla görüşüb

BMT baş katibi Fələstin lideri Mahmud Abbasla görüşüb
# 21 iyul 2014 09:22 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. BMT baş katibi Pan Gi Mun Doha şəhərində Qətər əmiri Tamim bin Xamad əl Tani və Fələstin lideri Mahmud Abbasla görüşlər keçirib.

APA-nın BMT-nin Xəbər Mərkəzinə istinadən verdiyi məlumatata görə, Pan Gi Munun Yaxın Şərq turnesinin məqsədi uzunmüddətli atəşkəsə nail olmaq İsrail və Fələstinə üçün kömək etməkdir.

BMT baş katibi tərəfləri beynəlxalq hüquqa hörmət etməyə, habelə zorakılığı dayandırmağa çağırıb.

Pan Gi Mun Qətərdan sonra Küveyt, Qahirə, Qüds, Ramallah və Əmmana səfər edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR