Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində xeyriyyə konserti keçirilib

Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində xeyriyyə konserti keçirilib
# 02 iyun 2015 11:41 (UTC +04:00)

Bakı – APA. Mayın 30-da Ukraynanın Fransadakı səfirliyi və Fransa-Ukrayna Tibbi-Xeyriyyə Yardım Assosiasiyasının dəstəyi ilə Parisdəki Azərbaycan Mədəniyyət Evində klassik musiqi gecəsi keçirilib. Azərbaycanı Fransadakı səfirliyindən APA-ya verilən məlumata görə, xeyriyyə xarakterli bu tədbir Ukraynadakı kimsəsiz uşaqlara və onların təhsil və tibbi ehtiyaclarının ödənilməsinə həsr edilib.


Konsertdən öncə çıxış edən Ukrayna səfirliyinin mədəniyyət müşaviri Natalya Koçubey və assosiasiyanın nümayəndəsi tədbirin məqsədi barədə danışaraq konsertin təşkilinə şərait yaratdığı üçün Azərbaycan səfirliyinə təşəkkürlərini bildiriblər.

Sonra beynəlxalq müsabiqələrin laureatları, Bastiliya operasının müğənniləri və Paris Konservatoriyasının tələbələri – Olqa Dubinska (piano), Aleksandr Kukonin (piano), Diana Mixayleviç (skripka), Oleksandra Didenko (mezzo-soprano), Anna Yuqan (soprano), Oleksandra Mailliet və digərlərinin ifasında Ukrayna və Qərb bəstəkarlarının əsərləri səsləndirilib.

Uğurla keçən xeyriyyə tədbirində fransız ictimaiyyətinin və Fransada yaşayan Ukrayna icmasının nümayəndələri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR