Yuxarı Şirvan kanalında kişi meyiti tapılıb

Yuxarı Şirvan kanalında kişi meyiti tapılıb
# 21 avqust 2014 16:01 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Yevlax rayonunda su kanalında kişi meyiti tapılıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Yuxarı Şirvan kanalının Yevlax rayonu, Ərəbbəsrə kəndindən keçən hissəsində naməlum kişi meyiti aşkarlanıb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR