Nüfuzlu Forbes.com saytı Azərbaycan haqqında geniş reportaj hazırlayıb

 Nüfuzlu Forbes.com saytı Azərbaycan haqqında geniş reportaj hazırlayıb
# 04 may 2013 10:21 (UTC +04:00)

APA-nın məlumatına görə, məqalə-reportajın müəllifi «Wall Street Journal»ın tanınmış kapital analitiki, investisiya menecerlərindən biri, «Financial Times» qəzetinin «investisiya aləmi və mülkiyyətin idarə olunması üzrə güclü və nüfuzlu ekspert», «maliyyə investisiyalarının qadın mərkəzi» adlandırdığı Hilari Kreymerdir.

Azərbaycan Amerika Alyansının (AAA) təsisçisi Anar Məmmədovun təşəbbüsü və təşkilatçılığı ilə xanım H.Kreymer və Forbes.com saytının bir qrup əməkdaşının Bakıya səfəri nəticəsində ərsəyə gələn məqalə və video-reportaj bu günlərdə saytın əsas səhifəsinə yerləşdirilib.

AAA-dan APA-ya bildirilib ki, Azərbaycanın regionun ən nüfuzlu ölkəsi və dünyanın iqtisadi xəritəsinin strateji nöqtəsi kimi dəyərləndirildiyi məqalədə ölkədə aparılan yenidənqurma işləri, tikinti prosesləri, mədəni layihələr təhlil olunub. Azərbaycanın getdikcə dünyanın qabaqcıl ölkələri ilə ayaqlaşması, hətta bir çox hallarda daha da irəliləməsi xüsusi qeyd olunub: «Bu möhkəm əsaslı, geniş infrastruktur, texnoloji inkişaf və yeniliklər son dörd ildə prezident İlham Əliyevin neft kapitalını böyük məharətlə insan kapitalına çevirə bilməsi sayəsində mümkün olub. Ölkənin böyük neft ehtiyatlarından əldə etdiyi gəlir digər enerji resurslarının araşdırılıb inkişaf etdirilməsinə və hər sektorda ən yaxşı texnologiyaların tətbiq olunmasına yönəldilir».

Müəllif həm də Azərbaycanın investisiya yatırımı baxımından münbit ölkə olduğunu da geniş təsvir edir: «Azərbaycanlıların ölkə xaricində qürur duyacaqları məqamlar da çoxdur. İlk olaraq, BMT Təhlükəsizlik Şurasında Azərbaycan da yer tutur. Bundan başqa, Azərbaycan «Forbes» siyahısında investorların hüquqlarının müdafiə olunduğu ölkə kimi 24-cü və iqtisadiyyatının inkişaf etməkdə olduğu bir çox digər ölkələrə xas olan qarmaqarışıqlığın qarşısını ala bilmək imkanlarına görə 15-ci yer tutur. Ümumiyyətlə, Azərbaycan «Forbes»in «İş üçün ən yaxşı ölkələr» adlı 141 yerlik siyahısında 73-cü olüb. Bu siyahıda Azərbaycan Braziliya, Çin, Hindistan və Rusiyanı geridə qoyub».


Qeyd edək ki, AAA-nın təsisçisi A.Məmmədovun təşəbbüsü ilə Fobes.com saytında Azərbaycan haqqında dərc olunan məqalə və video-reportaj silsilə xarakterlidir. Silsiləyə daxil olan ilk yazı və video ilə www.forbes.com/sites/hilarykramer/2013/05/03/tradition-meets-innovation-on-the-silk-road/ linkində tanış olmaq mümkündür.


AAA ölkə haqqında geniş məlumat verən bitərəf, qeyri-kommersiya təşkilatıdır. Alyansın missiyası qarşılıqlı anlaşma və Azərbaycan ilə Amerika xalqları arasında hörmət mühiti təşviq etməkdir. Alyansın fəaliyyəti haqqında www.azerbaijanamericaalliance.org saytında daha geniş məlumat əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR