Almaniyalı məşqçi: “AFFA şərtimi qəbul etmədi”

Almaniyalı məşqçi: “AFFA şərtimi qəbul etmədi”
# 12 fevral 2015 08:02 (UTC +04:00)

“Məşqçi karyeram ərzində Azərbaycanda da çalışdım. Mən ora gedəndə o ölkənin qadın futbolunun vəziyyəti yaxşı deyildi. Heç bir komandaları yox idi. Bunu eşidəndə dəhşətə gəlmişdim”. Apasport.az saytı xəbər verir ki, bu sözləri 17 yaşadək qadınlardan ibarət Azərbaycan yığmasının sabiq baş məşqçisi Sissi Rayt deyib.

Ölkəsinin mətbuatına danışan almaniyalı çalışdırıcı Azərbaycanda çalışdığı dönəmi yada salıb. Rayt U-17 millimizdən ayrılmasının əsl səbəbini açıqlayıb: “Qısa zamanda qadınlardan ibarət U-15 və U-17 yığmalarını formalaşdırdıq. Azərbaycanda çoxlu mehriban insanlarla qarşılaşdım. Mənim üçün bu ölkədəki fəaliyyətim unudulmazdı. Əslində orda qalıb, işimi davam etdirmək istəyirdim. Federasiya rəhbərliyinə dedim ki, ay ərzində 3 həftə Azərbaycanda olum, 1 həftə isə Almaniyada. Çünki 76 yaşında anam var və onu uzun müddət tək buraxa bilməzdim. Lakin AFFA şərtimi qəbul etmədi. Buna görə də, çemodanımı yığmalı oldum”.

Məşqçilik karyerasını İsveçrənin birinci divizion klubu “Stad”da davam etdirməyə hazırlaşan 55 yaşlı çalışdırıcı başqa ölkələrdən də təkliflər aldığını vurğulayıb: “Avropadan kənardan da təkliflər almışam. Maraqlı təkliflərdi. Gələcəkdə hər şey ola bilər”.

Qeyd edək ki, Sissi Rayt Azərbaycanın U-17 millisində 2010-12-ci illərdə çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR