Elmar Məmmədyarov: “İnanmıram ki, İran parlamentindəki xoşagəlməz diskussiyalar hər hansı nəticə versin” - APA TV

Elmar Məmmədyarov: “İnanmıram ki, İran parlamentindəki xoşagəlməz diskussiyalar hər hansı nəticə versin” - <span style="color: red;">APA TV
# 11 aprel 2013 10:31 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova-APA. “İran parlamentində xoşagəlməz diskussiyalar başlayıb. İnanmıram ki, bu xoşagəlməz hərəkətlər hansısa nəticə verəcək”. APA-nın məlumatına görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İran parlamentinin üzvlərinin Türkmənçay müqaviləsinin qüvvədən salınmasına dair qanunvericilik təşəbbüsünə belə münasibət bildirib.

ABŞ-ın Men ştatı qanunvericilik orqanının Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına dair çağırışın yer aldığı qətnamə qəbul etməsinə də münasibət bildirən XİN başçısı bu çağırışın hər hansı nəticəyə səbəb olacağına da inanmadığını deyib: “Bu ancaq sülh prosesinə zərbə vura bilər. Bu işlərin arxasında ABŞ-dakı erməni diasporu dayanır. Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına çağırış edirlər, amma bu yanaşma münaqişənin nizamlanmasına hər hansı kömək edə bilməz. Onlar sadəcə bu kimi addımlarla belə təsəvvür yaratmağa çalışırlar ki, guya kimsə Qarabağın müstəqilliyini tanımaq istəyir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR