Cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb

Cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb
# 26 sentyabr 2014 07:36 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, orada cəza çəkən, Cinayət Məcəlləsinin 170.3; 234.4.1; 234.4.2; 234.4.3 və 66.3 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Hikmət Həsən oğlu Feyziyevin yanına qısamüddətli görüşə gəlmiş anası Dünyaxanım Hidayət qızı Feyziyevanın üzərinə və əşyalarına baxış keçirilib. Bu zaman əl çantasının içərisində gizlədilmiş 1 ədəd “KENEKSİ” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR